11 C
Baku
Monday, November 25, 2024

Kollektivdə rəqabət: üstün və zəif cəhətlər

Yaxşı iş yeri və yüksək vəzifə 99% halda göydən düşmür – onları nəinki qazanmaq, həm də daim sübut etmək lazımdır ki, sən hamıdan yaxşısan. Ona görə bir çox rəhbərlər iş kollektivində rəqabətin stimullaşdırılması üzrə tədbirlər qəbul edirlər. 

Lakin bu heç də həmişə işçilərin özləri tərəfindən irəli sürülmür. İşdə rəqabət – indiki zamanda kifayət qədər yayılmışdır. Bazar iqtisadiyyatı mexanizmi bütün fəaliyyət sahələrində, həm də ayrıca götürülmüş hər bir insanın fəaliyyətində inkişaf etmiş rəqabəti nəzərdə tutur. Bizim cəmiyyətdə yalnız seçilənlər, müstəsna səlahiyyətə malik insanlar yüksəkliklərə qalxa bilir.

 Məsələn, menecerlərin “bir-birinin ağzından tikəni qopartıqları” satış şöbələrində rəqabət aydın şəkildə müşahidə olunur.  Və bu lazım olan ölçüdür, çünki satışların müvəffəqiyyətli olması məhz işçinin səyindən və cəhdindən asılıdır. Əgər o “zəifləmiş” vəziyyətdə olsa, bütövlüklə şirkətin satış nəticələri pisləşəcək. Həddi daima yüksəyə qaldırmaq lazımdır, kim çatmırsa o autsayderdir və ya işində nəyə isə ciddi olaraq yenidən baxmalıdır və nəticə göstərməlidir yaxud çıxıb getməlidir. Eləcə də hesab edilir ki, işəgötürən üçün kollektivdə rəqabət olması olduqca faydalıdır, çünki əgər iki işçi (məsələn) bir vəzifəyə can atırlarsa, bu halda onlar özlərini yaxşı tərəfdən göstərməyə, iş göstəricilərini artırmağa çalışacaqlar, bu isə rəhbərə düzgün seçim etməyə kömək edəcək.

 Çox vaxt işçilər kollektivdə sağlam rəqabətin həvəsləndirilməsini, təzyiq texnologiyası, əməkdaşların sıxışdırıb çıxarılması və işçi axınının artmasına gətirən əlavə vasitə kimi qəbul edirlər. Yəni rəqabət neqativ hadisə kimi qəbul olunur. Bu belə deyil! İş yerində müəyyən çərçivədə rəqabət olması ümumiyyətlə vacibdir. Əgər onun mexanizmləri əməkdaşı işini yaxşı görməsinə həvəsləndirirsə, bu şübhəsiz bütün təşkilatın işi üçün bütövlükdə çox faydalıdır.. Bununla belə, kollektivdə “canavar” (məsələn, bir işçinin öz əməkdaşlarının “başları üstündən gəlməsi”, “badalaq vurması” və ümumiyyətlə ləyaqətsiz hərəkət etməsi)  münasibətləri şəxsi haqq-hesab çəkilməsinə keçməməli, münasibətlər insanalığa xas şəkildə qalmalıdır.

Amerikanın personalın idarə edilməsi haqqında müxtəlif kitabları bizə ABŞ-da rəqabətin bilərəkdən qızışdırılmasından, təzyiqin artırırlmasından və yayındırılmasından danışırlar.   Hesab edilir ki, bu işin səmərəliliyini artırır və ancaq fayda gətirir. Lakin Azərbaycanda bir qədər başqa ənənə yaranmışdır. Biz son dərəcə  “kollektiv” millətik və biz birlik, kömək qiymətləndirilən qrupda, briqada şəkilində işləməyə daha çox alışmışıq.   Kimsə həddindən artıq “başını qaldırırsa” onu vəzifəpərəst adlanıdırırlar və bu bizdə neqativ rəng alır. Bu səbəbdən, karyera yüksəkliklərini fəth etmək üçün şəxsi plan hazırlamazdan əvvəl, həmişə Azərbaycan mentalitetinə güzəşt edərək bütün addımları yaxşı düşünməyə  dəyər. Və hər bir halda belə insan olaraq qalmağa unutmayın.

Personal üzrə menecer İmrah Kərimov: “Mən hesab edirəm ki, kollektivdə rəqabət mühiti olması, şirkətin müvəffəqiyyətli inkişafı şərtlərindən biridir. Rəqabət olduqda əməkdaşlar liderin arxasınca gedirlər, özlərinində nəyə isə nail olmaqlarına çalışırlar. Lakin təsəvvür edin ki şirkətdə əməkdaşlar arasında rəqabət yoxdur və siz işləyirsiz yaxud iş vaxtınızı sadəcə müxtəlif əyləncələrə sərf edirsiz, nəticədə isə eyni əmək haqqı alırsız. Bu zəiflədir, təəssüf ki, insanlar xasiyyətçə çox tənbəldirlər və əgər onlar heç bir şey etmədən də alın təri tökərək işləyənlərlə eyni əmək haqqı alacaqlarını başa düşsələr, çətin ki onlar ikincini seçsinlər.  Bu səbəbdən rəqabət lazımdır”.

 Biznes qurulması üzrə məsləhətçi Tahir Maqsudov: “Mənim fikrimcə rəqabətdən rəqabətə fərq var. Əgər o kollektivdə qeyri sağlam mühit yaradırsa, əməkdaşlar arasında kinə və təcavüzkarlığa səbəb olursa, bu, işə  ancaq ziyan vura bilər. Eyni zamanda hər kəs onun sabah ən yaxşısı ola biləcəyini və bunun ancaq özündən asılı olmasını bildiyi halda, sağlam rəqabət işin keyfiyyətinin qaldırlılması üçün təbii həvəsləndirmədir. Bu səbəbdən rəqabəti düzgün formalaşdırmaq lazımdır. Kim bunu etməyi bacarmırsa, yaxşı olar ki bundan imtina etsin yaxud əməkdaşlar arasında sağlam rəqabətin yaradılmasında keyfiyyətli xidmət göstərə biləcək mütəxəssisi dəvət etsin”.

Personal üzrə menecer Elza Məmmədova: “İşdə rəqabəti hökmən yaratmaq lazımdır. Lakin, onun nəticəsi qeyri-müəyyən olduğundan o həm ziyan vura bilər, həm də fayda verə bilər, bu səbəbdən bunu maksimal ehtiyatla etmək lazımdır.   Rəqabət bəzilərinin digərlərindən az əmək haqqı almasına deyil, əməkdaşın şəxsi və peşəkar keyfiyyətlərinin inkişafına istiqamətləndirilməlidir. Bu səbəbdən onun effektinin müsbət olması üçün, rəqabət şəffaf olmalıdır, hər bir əməkdaş bilməlidir ki bonus almaq üçün o məhz nə etməlidir.. Və eləcə də düzgün olmalıdır, əgər bonusa layiqdirsə – deməli onu almalıdır”.

Personal üzrə menecer Gülər Məmmədova: “Mənim təcrübəm göstərir ki, işdə rəqabətdən imtina etmək yaxşı olardı. Heç olmazsa onu minimuma endirməyə cəhd etmək lazımdır. Çünki işçinin əsas vəzifəsi öz funksiyalarını keyfiyyətli və peşəkar yerinə yetirməkdir, qeyri-real və bəzən şübhəli liderlik arxasınca qaçmaq deyil. Rəqabətə dair bir nöqteyi-nəzər də var, tez yaxud gec o mütləq şəxsi düşmənçiliyə çevrilir və kollektivdə münaqişələrə səbəb olur.    Az adam özünə deyə bilər ki: “Əhmədov məndən yaxşıdır, çünki o daha çox işləyir”, adətən insanlar hesab edirlər ki, “Əhmədov hər şeyə şərəfsizcəsinə nail olub, sadəcə rəhbərlik ona simpatiya ilə yanaşır, mənə isə yox”. Baxmayaraq ki o doğurdan ən yaxşısıdır, nəticədə şəxsən Əhmədova yönəlmiş təcavüzkarlıq əmələ gəlir.  Mənim fikrimcə, həmkarların nailiyyətlərindən asılı olmayan şəxsi mükafatlandırma sistemini tətbiq etmək daha çox münasib olardı”.

Son xəbərlər
Digər xəbərlər