Kollektor (Cəlilabad) “KredAqro” BOKT MMC

Kollektor (Cəlilabad)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Cəlilabad şəhərində yerləşən filialı üçün KOLLEKTOR vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
  • İş yeri: Cəlilabad şəhəri;
  • Ali təhsil;
  • Bank və yaxud qeyri bank sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor/Cəlilabad)qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.