8 C
Baku
Friday, December 13, 2024

Kollektor (Cəlilabad) “KredAqro” BOKT MMC

Kollektor (Cəlilabad)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Cəlilabad şəhərində yerləşən filialı üçün KOLLEKTOR vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
  • İş yeri: Cəlilabad şəhəri;
  • Ali təhsil;
  • Bank və yaxud qeyri bank sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor/Cəlilabad)qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Son xəbərlər
Digər xəbərlər