21 C
Baku
Monday, August 15, 2022

Kollektorlar Şəbəkəyə daxil olur

“Mən işə düzəlmişəm!”, “Şoppinqlə məşğulam, evdə saat dörddə olacam” –səhifənin sahibinin borcları olduğu halda, sosial şəbəkələrdə buna oxşar yeniləşmələr ancaq dostların diqqətini cəlb etmir.

Axır vaxtlar sosial şəbəkələr, məsuliyyətsiz borc alanları axtaran kollektorlar tərəfindən yüksək diqqət mərkəzi obyekti olublar. Və borc yığanlar onlara lazım olan adamları çox vaxt bu üsulla tapırlar, lakin onlar bunu mehribancasına ünsiyyətdə olmaq üçün deyil, borcları geri almaq üçün edirlər. 

 Qeyri-səmimi “dostlar”

 Borc qaytarmayanların telefon nömrələrinin telefon kitabcasında olmaması borc yığanlar üçün maneə deyil. Kollektorların çoxları həlledici məlumatı tapmaq üçün sadəcə Facebook, Twitter və LinkedIn kimi sosial veb-saytların bazalarını öyrənirlər. Bir halda ki, Pew Research tədqiqatlarının məlumatlarına müvafiq olaraq  çox sayda amerikalı (72% gənclər və 40% 30 yaşdan yuxarı olanlar) belə servislərdən istifadə edir, bu tədbirlər özlərini tamamilə doğruldur.

“Bizə tez-tez adamları axtarmaq və tədqiqat aparmaq lazım gəlir və sosial şəbəkələrin məlumatlarından istifadə etmək bizim üçün adi təcrübədır”, – deyərək Vaşinqtondan vəkil Tomas C. Simion təsdiq edir

Onun əməkdaşları müştərilərin kreditləri haqqında məlumatı onların Şəbəkədə dərc etdikləri məlumat ilə müqayisə edirlər. “Google”-da sürətli axtarış adətən bizi müştəri haqqında onu izləməyə imkan verən məlumatlar, iş yeri, tədris aldığı yer, anadan olduğu tarix (doğum ili olmaq yaxud olmamaqla), ailə üzvləri haqqında məlumat  olan şəxsi səhifəyə gətirır Bütün bu məlumatlardan adamın yerini bilavasitə sosial şəbəkədə yaxud digər saytlarda təyin etmək üçün istifadə etmək olar”, – deyərək, Simion izah edir..

Müştərinin şəxsi keyfiyyətləri və onun hansı borc iltizamlarının olduğunu borc yığanların istifadə etdikləri veb-resursların tiplərinə təsir göstərir, bunu keçmiş kollektor Mişel Dann qeyd edir. “İstehlakçı kreditləri üzrə borcu olanları axtarmaq üçün Facebook-dan istifadə edilir, daha gənc müştəriləri Myspace-in köməyi ilə tapmaq olar, biznes-istiqrazlar üzrə borcu olanları isə LinkedIn-də axtarmaq lazımdır”, – deyə, o təsdiq edir.

Hətta borclunun gündəliyi bağlı rejimdə olmağına baxmayaraq, onun şəbəkə üzrə “dostları” borcluları axtarmağa borc yığanlar üçün vacib vasitədir, bu haqda xüsusi axtarış şirkəti Lemieux & Associates-in hesabatında deyilir.   Hesabatda deyilir ki, qohumlar, dostlar və tanışlar haqqında olan məlumatlar “axtarışın nəticələrini daha dəqiq etməyə və axtarılan adamın şəxsiyyətini təsdiq etmək üçün” kömək edir.

Borclunu eyniləşdirdikdən sonra sosial şəbəkələr borc yığanlar üçün iş, maliyyə və əlaqə məlumatı əldə edilməsi planında əsl xəzinəyə çevrilillər.

 Kollektorlar nə axtarır?

 Borc yığanları cəlb etmək üçün Şəbəkədə nəyi dərc etmək lazımdır? Ümumiyyətlə hər bir məlumatın: statusun təzələnməsi, şəkillər və açıq yazılar qiymətli məlumatlardır.  Əgər kollektorlar borcu ödəməyəni evdə tapmaq istəyirlərsə, bu halda onun iş cədvəli haqqında məlumatlar kollektorlar üçün əsl tapıntıdır. Çox sayda sosial şəbəkə səhifəsi sahibləri öz telefon nömrələrini açıq görünməsi mümkün olan şəkildə saxlayırlar.

Bundan başqa kollektorlar sosial media vasitəsi ilə borclu olan yaxud onun həyat yoldaşının (borca görə həyat yoldaşı da cavabehlik daşıya bilər) hansı aktivlərin sahibləri olduğunu öyrənə bilirlər. Borclu olanın əmək haqqından borclarının ödənilməsinə çalışan kollektorlar üçün onların iş haqqında bloqlarda yazdıqları məlumatlar da qiymətlidir.

Mişel Dann-ın sözlərinə görə, bundan başqa kollektorların borcları olanlar haqqında güman etdiklərini sosial şəbəkələrdə olan məlumatlar həm təsdiq, həm  də inkar edilə bilərlər.  “Mən kollektor işləyəndə hər şey haqqında eşitməli olurdum. Kim isə yalan deməyə, kim isə düzünü deməyə meyillidir. Bu səbəbdən mən Şəbəkədə kiminsə iş axtardığını görəndə çalışırdım qərarı onun xeyrinə qəbul edim. Lakin əgər müştəri onun nə işi, nə pulu olmadığını təsdiq edirsə və bununla bərabər şəbəkəyə yeni qayığın fonunda öz şəkilini yerləşdirirsə, belə halda bu artıq problemdir”, – deyərək, ekspert izah edir.

 Belə üsullar qanunidir?

 Simion təsdiq edir ki, bu cür adam axtarmaq tamamilə leqal və özünü döğruldan təcrübədir: “Belə saytlarda dərc olunan bütün növ məlumatlar qanuni əsaslarla hamı üçün yetərlidir”.

Mişel Dann Simion-un sözlərini təsdiqləyir və deyir ki, ABŞ qanunvericiliyi tərəfindən sosial şəbəkələrdə adam axtarmaq haqqında hər hansı bir rəsmi qadağa nəzərdə tutulmayıb, lakin o aydın olmayan məqamları da qeyd edir. Qanuni kollektorlar təcrübəsi (Fair Debt Collection Practices Act) haqqında qərar İnternetin kütləvi yayılmasından çox qabaq, 1978-ci ildə təsdiq edilmişdir, bu səbəbdən orada borc yığanların Şəbəkədə nəyi edə biləcəkləri və nəyi edə bilməyəcəkləri haqqında heç nə deyilmir.

Bununla belə, bu qərara müvafiq olaraq, yanlış məlumatın yayımlanması qeyri qanunidir, və bu səbəbdən kollektorlar sosial şəbəkədə müştərinin “dostlar” dairəsinə daxil olmaq məqsədi ilə özlərini yalandan müştərinin tanışı yaxud həmkarı kimi göstərməməlidirlər. Belə hərəkətlər eləcə də veb-saytların öz siyasətlərini poza bilər, deyə internet qanunvericiliyi üzrə vəkil və mütəxəssis Bencamin Rayt dəqiqləşdirir.

“Məsələn MySpace-in siyasəti istifadəçilərə özünü kim isə başqası kimi qələmə verməyi qadağa edir. Və əgər kollektor borcu ödəməyənə çoxdan itmiş dayısı kimi özünü təqdim etmək qərarına gəlsə, bu, saytın istifadə şərtlərinin pozulası kimi izah olunacaq və müəyyən cəzaya gətirəcək”.

Lakin öz şəxsi məlumatlarını açıqlamadan kimə isə “dost” olmaq üçün xahiş etməkdə heç bir qanun pozuntusu yoxdur.   Və bu, məlumat almaq üçün kifayət qədər rahat üsuldur, çünki bir çox istifadəçilər öz dost siyahılarına tanımadqları adamları da əlavə edirlər.

Bundan başqa, qanuni kollektor fəaliyyəti haqqında qərar müştərilərlə münasibətdə aqressiv hərəkətləri qadağan edir. Bu səbəbdən əgər hətta kollektor Şəbəkədə borc ödəməyən şəxsin səhifəsini taparsa belə, onun səhifəsində təhqirlər, borc haqqında xəbərdarlıqlar yaxud borcun miqdarı haqqında məlumat yazmağa ixtiyarı yoxdur. Dann kollektorlara məsləhət görür ki, “telefondan və elektron poçtdan istifadə etdikdə öz sözlərinə nəzarət etsinlər. Borc qaytarmayanın səhifəsində onun boğazacan borc içində olduğu haqda yazmağa dəyməz”.

Qeyd etmək lazımdır ki, borc ödəməyənləri İntenet vasitəsi ilə izləmək üsulunu kollektor agentliklərinin hamısı bəyənmirlər. Kaliforniyadan olan kollektor agentliyinin başçısı Aleksis A.Mur maliyyə məlumatının müdafiəsi səviyyəsinin artırılmasının tərəfadrıdır: “Belə təcrübələrin lazım olması mənə son dərəcə xoşagəlməz və şübhəli görünür, çünki bu gün borcların geri alınması üçün və borcu qaytarmayanların yeri, əmlakı haqqında məlaumat almağa daha çox praktiki üsullar var.

 Dostalrınızı özünüzə yaxın, kreditorları isə daha yaxın saxlayın.

Dann-ın sözlərinə görə 2011-ci ildə kollektorlar sosial şəbəkələrdən daha tez-tez istifadə edəcəklər. O borc alanlara Accountrecovery.com sosial şəbəkəsində qeydiyyatdan keçməyi təklif edir. “Bu – kollektorlar üçün özünəməxsus Facebook-dur”, – deyə, ekspert izah edir. Bu sosial şəbəkənin istifadəçiləri öz səhifələrini yarada, qruplara birləşə, peşəkar sirrlərlə bölüşməyə və qanunvericilikdə olan dəyişiklikləri müzakirə edə bilərlər. Belə insayder üsulu borc alanlar üçün faydalı məlumat mənbəyi ola bilər.

Lakin, əgər kollektor agentlikləri borc alanlarla ciddi məşğul olsalar, bu hlda bir qayda olaraq borc alanla əlaqə yaratmaq üçün hər bir qanuni üsuldan istifadə edirlər. Bu səbəbdən sosial şəbəkələr iştirakçılarına xüsusi ilə ehtiyatlı olmaq lazımdır: onların dərc etdikləri məlumat ancaq “dostlara” aid edyil.

Öz məlumatlarınızı gizli baxışlardan bağlamaqla yaxud Şəbəkədə təxəllüs altında iştirak etməklə bundan yaxa qurtarmaq olarmı?  “Hətta siz İnternetdə anonim olsanız  belə bu hələ tamamilə təhlükəsizlik demək deyil, əsasən də siz çox miqdarda vəsait borclu olduğunuz halda. İnkişaf etmiş axtarış texnilogiyaları sizin haqqınızda siz təsəvvür etdiyinizdən çox məlaumat aşkara çıxara bilər”, – deyərək, Bencamin Rayt xəbərdar edir.
Borc alanlar üçün qərar özlərinin bütün şəbəkə səhifələrini bağlmaqda deyil, mümkün problemlərin qarşısını almaqdadır. Bu halda kreditorlar həqiqətən də İnternetdə müştərilərin nə “dostalrı”, nə şəkilləri ilə maraqlanmayacaqlar.

Son xəbərlər
Oxşar xəbərlər