6 C
Baku
Monday, January 27, 2025

Kolumbiya ABŞ mallarına 25% gömrük rüsumları tətbiq edir

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dən idxal edilən mallara 25% cavab rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Cənab Petro bundan əvvəl deportasiya olunmuş kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan etmişdi. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp bildirib ki, Kolumbiyadan gələn mallara 25% gömrük rüsumları tətbiq etmək, bir həftə ərzində isə 50%-dək qaldırmaq lazımdır.

“Qiyməti bahalaşacaq Amerika malları yerli istehsal malları ilə əvəzlənməlidir və hökumət buna kömək etməlidir”, – deyə Kolumbiya prezidenti bildirib. O, həmçinin digər ölkələrə yerli ixracın genişləndirilməsinə çağırıb və xaricdəki Kolumbiya icmalarını buna töhfə verməyə dəvət edib.

Donald Tramp açıqlamasında Kolumbiya prezidentinin miqrantları daşıyan təyyarələrin enişinə icazə verməməsinin “ABŞ-nin milli təhlükəsizliyini pozduğunu” vurğulayıb. Onun sözlərinə görə, bütün kolumbiyalı rəsmilərə, eləcə də “bütün müttəfiqlərə və tərəfdarlara” ABŞ-yə giriş qadağan ediləcək və onların vizaları dərhal ləğv ediləcək. Amerika prezidentinin bu sözlərindən sonra Qustavo Petro ABŞ-dən deportasiya olunmuş kolumbiyalıları götürmək üçün öz təyyarəsini göndərəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər