10 C
Baku
Friday, January 9, 2026

Kolumbiya Prezidenti ABŞ-nin mümkün güc tətbiqi ilə bağlı: Silahımız yoxdur, amma insanımız var

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-nin Venesuelada keçirdiyi son hərbi əməliyyatdan sonra Kolumbiyaya qarşı da mümkün güc tətbiqi riskinin mövcud olduğunu istisna etməyib.

Britaniyanın BBC telekanalına müsahibəsində Qustavo Petro bildirib ki, təhdid realdır, lakin Kolumbiyanın güclü silahlı ordu ilə silahlanma baxımından rəqabət aparmaq imkanı yoxdur.

Onun sözlərinə görə, ölkənin əsas dayağı silahlar deyil, xalqdır və bu insanlar dağlarda və cəngəlliklərdə yaşayır. Prezident vurğulayıb ki, Kolumbiya tarixən daha güclü ordulara məhz bu yolla müqavimət göstərib.

Petro qarşıdurmadan çox dialoqa üstünlük verdiyini bildirib və əlavə edib ki, Kolumbiyanın keçmişi ölkənin xarici təzyiqlərə necə dözdüyünü açıq şəkildə göstərir. O, Vaşinqtonun digər dövlətlərə “imperiya ambisiyaları” ilə yanaşmasının sonda ABŞ-nin özünün beynəlxalq arenada təcrid olunması riskini artırdığını da qeyd edib.

Xatırladaq ki, Venesuela ərazisində həyata keçirilən əməliyyatdan sonra Donald Tramp Kolumbiya prezidentini də ehtiyatlı olmağa çağırmışdı. ABŞ ilə Kolumbiya arasında yaranan bu gərginlik regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırır.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər