Boqota dairə məhkəməsi “Apple Colombia SAS”a (Apple şirkətinin regional şöbəsi) Kolumbiyada 5G-ni dəstəkləyən “iPhone” və “iPad”lərin idxalını və satışını yasaqlayıb.
Qadağaya səbəb “Apple” və “Ericsson” arasında yaranan patent mübahisəsi olub. Məhkəmə qərar verib ki, ABŞ-ın korporasiyası 5G cihazlarının istehsalında İsveç şirkətinə məxsus NC2019/0003681 patentinin 13-cü bəndini pozub.
Qeyd olunub ki, Kolumbiya qanunvericiliyinin nüansları “Apple”a hazırkı qərarı ləğv etmək imkanı vermir. Lakin bu, Amerika korporasiyasının fəaliyyətsiz qalacağı anlamına gəlmir. Mediada yayılan məlumatlara görə, “Apple” Kolumbiya məhkəməsinin tətbiq etdiyi qadağa nəticəsində çəkəcəyi bütün xərclərə görə “Ericsson”dan təzminat tələb etmək niyyətindədir.