22 C
Baku
Monday, July 22, 2024

Köməkçisi Putinin Ermənistana səfəri ilə bağlı məlumatı təsdiqləməyib

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin Ermənistana gözlənilən səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanla işgüzar əlaqələrin aktiv olduğunu, liderlərin bir neçə dəfə görüşdüklərini və mütəmadi olaraq telefonla danışdıqlarını söyləyib.

“Mənim bu barədə heç bir təsdiq yoxdur. Hələlik bizim tərəf bu barədə rəsmi açıqlama verməyib”, – deyə Uşakov jurnalistlərə belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər