24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Komissiya sədri: “Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var”

Screen Shot 2021 09 02 at 14.34.20

“Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimat İntizam komissiyasında müzakirə edilib və rəy qəbul olunub”.

Bunu Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

Rəydə deyilir: “Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və məsələ parlamentin plenar iclasına çıxarıla bilər”.

Komitə sədri bildirib ki, hər kəs qanun qarşısında bərabərdir: “Bu hadisə bizim üçün dərs olacaq”.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər