26 C
Baku
Saturday, July 27, 2024

Komissiya sədri: Söyüdlüdəki şirkətin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi aparılacaq

“Anglo Asian Mining” şirkətinin fəaliyyəti ilə bağlı monitorinqlər mütəmadi olaraq aparılacaq.

Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra yanaşmalar sərtləşdiriləcək.

“Əgər monitorinqlər həftədə bir dəfə aparılırdırsa, indi daha tez yoxlamalar həyata keçiriləcək. Şirkətlə yanaşı, Nazirlik də nəzarəti gücləndirəcək” – deyə o qeyd edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər