2025-ci ilin noyabrın 1-nə Azərbaycan bankların qeyri-faiz gəlirləri 1 milyard 539 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13% artımdır.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin oktyabr ayının sonuna bankların hesabların aparılması üzrə xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 359.3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 331.9 milyon manat olub. Belə ki, illik müqayisədə bankların komisyon gəlirləri 8.3% artıb.
Onu da qeyd edək ki, məzənnə dəyişiklikləri də daxil olmaqla, bankların valyuta əməliyyatlarından xalis gəliri 224 milyon manat təşkil edib.







