13 C
Baku
Sunday, April 21, 2024

Komissiyanın tərkibində dəyişiklik olub

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik olub.

İndiyə qədər Komissiyanın üzvü olan Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Sabir oğlu Məcidlini həmin şöbənin sektor müdiri Elşən Kərim oğlu Əhmədov əvəz edib.

V.Məcidli mənbəyə açıqlamasında dəyişikliyi nazirlikdə işinin çox olması ilə izah edib: “Həmin komissiyada iş daha çox yay aylarında olur. Bu vaxt həm də növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanır. Yəni, nazirlikdə işim çox olduğu üçün komissiyada məni sektor müdirinin əvəz etməsinə qərar verilib”.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər