11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Komitə “Səba” ASC cərimələyir

Azərbaycanda qida məhsulları istehsalçısı “Səba” Açıq Səhmdar Cəmiyyəti şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Səba” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 31 avqust 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Şirkət 1997-ci ildən fəaliyyət göstərir və 4.79 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 14-ü fiziki və 2-si isə hüquqi şəxslərdir. Burada, Hidayət Quliyevin 37.31%, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 25% və “Baku İnvestment Company”nin 37.31% payı vardır.

“Səba”nın Müşahidə Şurasına isə “Bank Respublika” ASC-nin əsas səhmdarı olan Natiq Quliyev sədrlik edir.

Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X