9 C
Baku
Sunday, November 17, 2024

Komitə azərbaycanlı əhalinin Xankəndiyə qayıdışı ilə bağlı toplaşdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz iki əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

Komitədən bildirilib ki, görüşdə tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə yenidən salınmış və bərpa olunmuş yaşayış məntəqələrinə köçürülmənin gedişi və qaydaları haqqında görüş iştirakçılarını məlumatlandırıb, azərbaycanlı əhalinin Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, dövlətimizin başçısının bununla bağlı tapşırıqlarını onlara çatdırıb.

Görüşdə Xankəndidən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər