2013-cü ildən sonra inşa edilən fərdi yaşayış evlərinin qeydiyyatı zamanı tələb olunan sənədləri və şərti açıqlanıb.
Banker.az xəbər verir ki bu barədə Əmlak Məsəlləri Dövlət Komitəsinin açıqlamasında deyilir.
Sənədlər aşağıdakılar olacaq:
- Torpağın “Yaşayış məntəqələri” təyinatlı olmağı
- Torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd
- Evin lisenziyalı şirkət tərəfindən tərtib edilmiş eskiz-layihəsi
- Yerli icra hakimiyyəti orqanını məlumatlandırma icraatını təsdiq edən sənəd
- Dövlət rüsumunun ödənilməsi barədə qəbz
Sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə təqdim olunmalıdır.
Eləcə də oxu: Özbaşına və sənədsiz inşa edilmiş evlər sənədləşdiriləcək — Prezident Administrasiyasından tapşırıq