2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır.
Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2017-ci ilin ilin ilk 11 ayına olan Ümumi Daxili Məhsul istehsalı ilə bağlı açıqlamasında deyilir.
ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.