21 C
Baku
Saturday, May 4, 2024

Komitə sədri: Bakının Baş Planı Vyana nümunəsi üzərində hazırlanıb

Bakının Baş Planı Vyana nümunəsi üzərində hazırlanıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Biz Baş Planı hazırlayarkən Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana isə ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özümüzə nümunəvi hədəf kimi götürdük” – Komitə sədri əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər