9 C
Baku
Thursday, December 12, 2024

Komitə sədri deyir ki, ötən il büdcə xərclərinin icra faizi son illər üzrə ən yüksək həddə olub

2022-ci il dövlət büdcəsində təsdiq olunmuş 32 303.8 milyon xərcin 32 064.6 milyon manatı, yəni 99.3 %-i icra olunub. Bu, son illərin ən yüksək icra faizidir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, strukturuna görə xərclərin 55.3 %-ni cari xərclər, 39.1 %-ni əsaslı xərclər, 5.6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.

“Sosialyönlü xərclər büdcənin icrasında xərclərin 36.1 faizi və yaxud 11 576.9 milyon manatl qədər olub. Ümumiyyətlə, Son 5 ildə, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4.4 faiz-bənd, mütləq ifadədə isə 4 380.4 milyon manat və yaxud 1.6 dəfə artıb.

Sosialyönümlü xərclərə aid əməyin ödənişi xərclərinə 7 465.7 milyon manat, sosial ödənişlər üzrə xərclərə 3 550.7 milyon manat , ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466.5 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94.1 milyon manat vəsait yönəldilib”, – deyə deputat əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər