3 C
Baku
Saturday, December 14, 2024

Komitə sədri dövlət büdcəsinin ÜDM-ə nisbətini 35%-ə çatdırılmasını mümkün sayır

“1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 2 milyard dollardan artıq deyildi, bu da ümumi daxili məhsulun 13%-ni təşkil edirdi. İndi isə 29-30%-ni təşkil edir. Bu rəqəmi 35%-ə çatdırsaq – bunu etmək mümkündür – dayanıqlıq inkişafla bağlı hədəflərə çata bilərik”.

Bunu Milli Məclisdə (MM) “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən tədbirdə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O həmçininin bildirib ki, Azərbaycanda bütün sahələrdə inkişaf var: “Azərbaycanın dövlət büdcəsində son 15 ildə müdafiə xərcləri artıb”.

Son xəbərlər
Digər xəbərlər