9 C
Baku
Tuesday, November 5, 2024

Komitə sədri: “Faizlər təcili azaldılmalıdır”

“Azərbaycanda banklar faiz dərəcələrini təcili olaraq azaltmalıdırlar”.

Bunu Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün keçirilən 3-cü Vergi Forumunda çıxışında deyib.

Z. Səmədzadə bildirib ki, bankların fəaliyyətlərini vergi sistemi ilə formalaşdırmasına böyük ehtiyac var:

“Bankların özəl sektora verdiyi tövhə artırılmalıdır. Özəl sektorun inkişafı, yeni iş yerlərinin yaradılması üçün banklar sahibkarlara kredit verirlər. Amma təəssüf ki, bu kreditlər az iş yerlərinin açılması ilə nəticələnir. Bunun da səbəbi məlumdur. Bunun səbəbi isə faiz dərəcələrinin yüksək olmasıdır. Banklar özəl sektorun inkişafına dəstək olmaq üçün faiz dərəcələrini təcili olaraq azaltmalıdır”.

Z. Səmədzadənin sözlərinə görə, əgər faiz dərəcələri azaldılarsa, ölkədə özəl sektorun inkişafı daha gözə çarpan olacaq və xeyli sayda iş yerləri də yaranacaq: “Bu vergi gəlirlərinə də müsbət təsir göstərəcək”.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.