Hazırda ölkə üzrə 7, həmçinin Qarabağ iqtisadi rayonu üçün 4 şəhərin baş planı hazırlanmaqdadır.
Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda ilk dəfə keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə deyib.
“Bildiyiniz kimi hazırda Qarabağ bölgəsində olduqca böyük tikinti-quruculuq işləri aparılır”, – o deyib.
Anar Quliyev deyib ki, son 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə artıq 56 şəhərin yeni baş planlarını işləyib hazırlayıblar və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçir.
“Başqa sözlə, şəhərlərimizin demək olar ki, 90%-i üçün artıq yeni müasir baş planlar hazırlanıb”, – o əlavə edib.