6 C
Baku
Sunday, December 15, 2024

Komitə sədri: “Son 10 ildə indeksasiyaya görə pensiyalar 98 % artıb”

“Son 10 ildə indeksasiyaya görə pensiya alanların pensiyası 98 % artıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bu artım xüsusi rütbəli şəxslərdə 81 %, hakimlərdə 25 %, hərbi qulluqçularda 59 %, prokuorluq əməkdaşlarında 13 %, dövlət qulluqçularında 69 % olub: “Vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən beynəlxalq təcrübədə tətbiq edilən üsuldur. Pensiya artımının vahid indeksasiyasına nail olmaq üçün qanunun müvafiq maddələrinə dəyişiklik edilməsi təklif olunur. Bununla da bütün növ əmək pensiyalarının məbləği hər il indeksasiyalaşdırılaraq artırılacaq. Hər il pensiyalar əvvəlki metoddan daha çox artacaq. Pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq. Ödənilən maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi pensiyaların daha çox artmasına səbəb olacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər