Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yaradılmış yeni iş yerlərinin 93.4%-i özəl sektorun payına düşüb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili bildriib.
“Əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir”, – deyə o qeyd edib.
Bundan başqa, Komitə sədri deyib ki, 2023-cü ilin I yarısında dövlət qeydiyyatına alınmış fərdi sahibkarların sayı 2022-ci ildəki göstəricinin 81%-dən çox olub: “Bu o deməkdir ki, ölkədə fərdi sahibkarlığa stimul var və bu istiqamətdə də keyfiyyət dəyişikliyi baş verib”.