8 C
Baku
Friday, March 29, 2024

Komitənin tabeliyindəki İdarə ləğv olundu

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki, hüquqi ünvanı Bakı şəhəri olan Ticarət Nazirliyinin Bakı şəhəri Kurort Ticarət İdarəsi ləğv olunduğunu elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil küçəsi,11a ünvanında bildirə bilərlər.

Qeyd edək ki, Ticarət Nazirliyinin Bakı şəhəri Kurort Ticarət İdarəsi Ədliyyə Nazirliyində 16 may 1995-ci il tarixində hüqquqi şəxs qismində dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər