15 C
Baku
Friday, March 29, 2024

Kommersiya bankları AMB-yə 115 mln. manat ödəyib

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəliyi may ayının 1-nə 6 307,4 mln. manat təşkil edib. 

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 115,5 mln. manat və ya 1,8% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 041 mln. manat və ya 2,8 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-ə öhdəlikləri 932,4 mln.manat və ya 17,3% artım göstərib.

Son xəbərlər
Digər xəbərlər