Kommersiya banklarının fəaliyyətinə daxil olan cəhətlərdən biri də – emissiyadır. Qanunvericiliyə əsasən banklar səhm, istiqraz, depozit və əmanət sertifikatları, veksellər, derivativ qiymətli kağızlar emissiya edə bilər.
Səhm və istiqraz emissiyası: Səhm və istiqraz emissiyası əsasında bankın şəxsi kredit kapitalı formalaşır. Bankların səhmləri sırasında ən geniş yayılmış olanı adi səhmlərdir. İmtiyazlı səhmlər daha az hallarda buraxılır.
Bank qiymətli kağızların emissiyasını 3 halda həyata keçirə bilər:
- öz təşkilatı daxilində;
- səhm buraxılması yolu ilə özünün ilkin nizamnamə kapitalının həcminin artırılması;
- Bankın istiqraz və yaxud digər borc öhdəliyinin buraxılması yolu ilə kredit kapitalının cəlb edilməsi.
Veksellərlərin buraxılması: Banklar veksellerlərin buraxılmasını əsas olaraq bankın fəal əməliyyatlarına vəsait cəlb etmək məqsədilə həyata keçirir. İlk olaraq banklar veksellerləri diskontla buraxırdı. Alıcının bu halda əldə etdiyi gəlir vekselin nominalı və onu əldə etdiyi dəyər arasında fərq təşkil edirdi.