10 C
Baku
Monday, November 10, 2025

Kommersiya banklarının rəhbərləri Maliyyə Savadlılığı Şurası yaradıb

Ölkənin bank sektorunda maliyyə savadlılığı səviyyəsinin artırılmasına dair planlaşdırılan işlərin birgə müzakirəsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət Maliyyə Savadlılığı Şurası (MSŞ) yaradılıb. “Report”un bank dairələrindən aldığı məlumata görə, Şuranın bu sahədə ideyaların, məlumatların və təcrübənin müzakirə olunduğu platforma rolunda çıxış etməsi nəzərdə tutulub.

Məlumatda deyilir ki, Şuranın fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, maliyyə savadlılığı sahəsində görülmüş işlərlə tanış olmaq üçün yaxın günlərdə Şura üzvlərinin ilk iclasının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər