15 C
Baku
Saturday, April 20, 2024

Kommersiya banklarının yaradılması və fəaliyyət prinsipləri

Müəllif: Mahmudov Anar

Bazar iqtisadiyyatı şəraitində mövcud olan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Bank – fiziki və hüquqi şəxslərin pul vəsaitinin depozitə cəlb edilməsi həmin vəsaitin müddətlik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirilməsi, fiziki və hüquq şəxslərin hesablarının açılması və aparılması əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.

Kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət edir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Kommersiya banklarının funksiyalarını qısaca olaraq aşağıdakı cədvəldə görmək olar.

 funksiya

 Cədvəl1.

 Kommersiya banklarının funksiyaları

Bəzi müəlliflər isə kommersiya banklarının funksiyalarını daha geniş göstərirlər: Əmanət, kredit, sığorta. Broker. Bank investoru və ya anderrayter. Köçürmə-hesablaşma, investisiya planlaşdırılması, trast, kredit pulların emissiyası və s.

Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı fiziki şəxslər, ölkənin daimi vətəndaşları və xarici vətəndaşlar da iştirak edə bilərlər. Siyasi partiyalar, ictimai birliklər, fondlar və qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Bununla əlaqədar olaraq, kommersiya bankları təsdiqedici sənədlər toplusunu hazırlamalı və bu sənədləri Mərkəzi Bankın aidiyyəti departamentlərinə təqdim etməlidirlər. Sənədlər burada yoxlandıqdan və qanunvericilik tələblərinə uyğunlaşdırıldıqdan sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanuna əsasən Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Kommersiya bankı dövlət qeydiyyatından keçib hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün Mərkəzi Banka yazılı vəsatət verir. Vəsatətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim edilir:

1) dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2) təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol (bir təsisçi tərəfindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqanında təsdiq olunmuş nizamnamə, xarici bankın filialı üçün əsasnamə);

3) hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi;

4) təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş anket.

Bank lisenziyasının alınması üçün müraciətə baxılması proseduru iki mərhələdən ibarətdir:

1. bank lisenziyasını almaq üçün ilkin müraciətin edilməsi və ona baxılmasını əhatə edən birinci mərhələ;

2. bank və xarici bankın yerli filialı dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılmasını əhatə edən ikinci mərhələ.

Bank lisenziyası verilməsi haqqında vəsatətə Mərkəzi Bank bu qanunda nəzərdə tutulmuş bütün sənədləri aldığı gündən ən gec 30 gün keçənədək baxır. Mərkəzi Bank alınmış sənədlərin ilkin ekspertizasını keçirdikdən sonra 3 gün müddətində vəsatətçiyə bu barədə məlumat verir, Mərkəzi Bankda kredit təşkilatı üçün müxbir hesabı açır və Mərkəzi Bank tərəfindən müəyyən olunmuş minimum nizamnamə kapitalının bir ay müddətində 100 faiz ödənilməsini tələb edir.

Kredit təşkilatının minimum nizamnamə kapitalının 100 faiz ödənildiyini təsdiq edən sənədlər təqdim olunduqda, Mərkəzi Bank 3 gün müddətində kredit təşkilatına bank əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul edir.
Mərkəzi Bank kommersiya banklarına lisenziya verməkdən imtina da edə bilər. Bank lisenziyası verməkdən imtina edildiyi, yaxud bunun üçün müəyyən şərtlər qoyulduğu və ya bank lisenziyası üzrə fəaliyyətin məhdudlaşdirildiği hallarda vəsatətçiyə bunlari doğuran səbəblər rəsmi bildirilir. “Azərbaycan respublikasinda banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Mərkəzi bank aşağıdakı hallarda  lisenziya verməkdən imtina edə bilər:

1) İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmadıqda. Bu aşağıdakı hallarda olar: bu şəxslərin ali iqtisadi və ya hüquqi təhsilinin və bank əməliyyatlarının aparılması ilə əlaqədar kredit təşkilatının bölməsinə rəhbərlik təcrübəsinin olmaması; mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olması və s;

2) təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

3) kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər mövcud qanunvericilik və Mərkəzi Bankın normativ aktlarının tələbinə uyğun olmadıqda və s.

Bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Mərkəzi Bank lisenziyasının verilməsi haqqında qərarında əsaslandırılmış şərtlər və ya məhdudiyyətlər qoya bilər. Bank lisenziyası verildikdən sonra həmin lisenziyaya şərtlər və məhdudiyyətlər ancaq o halda aid edilə bilər ki, onu almış bank“Azərbaycan respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa və ya Mərkəzi Bankın hər hansı normativ aktına əməl etməmiş olsun.

Bank lisenziya aldıqdan sonra bank sisteminə daxil olur və fəaliyyətə başlayır.

Bank lisenziyasının ləğvi də Mərkəzi Bank tərəfindən həyata keçirilə bilər və bu aşağıdakı hallarda baş verə bilər:

1) kredit təşkilatının təsisçilərinin müraciəti ilə(könüllü);

2) bank qanunvericiliyinin və Mərkəzi Bankın normativ aktlarının tələbləri mütəmadi pozulduqda, əgər kredit təşkilatına «Azərbaycan RespublikasınınMərkəzi Bankı haqqında» Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş tələblər bir il ərzində bir neçə dəfə tətbiq olunmuşdursa;

3) lisenziya və icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxdıqda;

4) lisenziyanın və icazənin qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə, yaxud fəaliyyət altı aydan çox müddətə dayandırıldıqda;

6) Mərkəzi Bankın normativ aktlarında nəzərdə tutulmuş minimum zəruri kapitala və xüsusi ehtiyatlara malik olmadıqda, kreditorlar və əmanətçilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədikdə və ya ona etibar edilmiş vəsaitin saxlanmasını təmin etmədikdə;

7) müflis olduqda;

8) təqdim edilmiş hesabatlarda saxtalaşdırma müəyyənləşdirildikdə;

9) lisenziyada və ya icazədə nəzərdə tutulmamış əməliyyatlar aparıldıqda;

10) filialın baş təşkilatından bank əməliyyatları aparılması hüququ alındıqda.

Lisenziyanın geri götürülməsi haqda qərar qəbul edildikdən sonra Mərkəzi Bank qərarı rəsmiləşdirərək, səbəblər göstərilməklə kredit təşkilatına yazılı məlumat verilir.

 Azərbaycan Respublikasında kommersiya banklarına lisenziyaların verilməsi və geri götürülməsi haqda məlumatı aşağıdakı cədvəldən ala bilərik.

Cədvəl  2. Qeydiyyata alınmış, lisenziyası geri çağırılmış və fəaliyyətdə olan banklar haqqında məlumat

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

1.

Yeni qeydiyyata alınmış banklann siyahısı

2

0

1

0

1

3

0

2

2

0

1

0

0

0

2.

Lisenziyaları geri çağırılmış banklar

13

6

8

0

3

3

0

0

2

0

2

1

1

0

3.

Ilin axırına işləyən bankların sayı

59

53

46

46

44

44

44

46

46

46

45

44

43

43

 

 Son illərdə bankların sayındakı azalma tempini, şöbə və filiallarının sayımda isə artım dinamikasını aşağıdakı diaqramlarda izləyə bilərsiniz.

 funks2

Son xəbərlər
Digər xəbərlər