Kommersiya Direktoru
İşin təsviri:
• Kommersiya şöbəsinin strateji planlaşdırması;
• Satış planı təşkili və onun həyata keçirilməsi;
• Tədarükçülərlə iş;
• Satış şöbəsinin işinin tənzimlənməsi;
• Satış dövrünün tam nəzarəti.
• Yeni bazarlar axtarışı (məhsul və ölkələri), Satışın təşkili və inkişafı;
• Şöbə işinin keyfiyyətli təşkilatı, və müştəri xidmətinin yüksək keyfiyyətini təmin etmək ;
• Plana uyğun pul vəsaitlərinin daxilolmaları və debitor borclanmaların nəzarəti ;
• Güclü komandanın qurulması ;
• Digər şöbə, bölmələr və əsas müştərilərlə əməkdaşlıq ;
• Yerli və xarici tərəfdaşlarla işgüzar yazışma ;
• Bazar və məhsul təhlili ;
• Hesabatların hazırlanması ;
Namizədə qarşı tələblər:
• Biznes danışıqları aparmaq bacarığı;
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• B2B və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
• Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
• Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);
• Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
• Kompüter bilikləri: MS Ofice, Outlook;
• Yaş: 25-35;
• Cinsi: Kişi;
İş haqqında
• İş vaxtı: 09:00 – 18:00
• İş günü: I-V günlər
• İş yeri: Ələsgər Qayıbov 11B.
• İşə gedib gəlmək üçün servis xidməti nəzərdə tutulmuşdur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
CV göndərərkən əlavədə Kommersiya Direktoru qeyd etməyiniz vacibdir, əks halda CV-yə baxılmır.