12 C
Baku
Saturday, November 23, 2024

Kommersiya təşkilatlarının ictimai qurumlara aid edilməsi üçün meyarlar dəyişib

Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsinə dair meyarı dəyişib.

Nazirlər Kabineti bununla bağlı “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə dəyişiklik edib.

Əgər indiyə qədər illik gəlir 180 mln. manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 450 mln. manat kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilirdisə, bundan sonra illik gəlir 200 mln. manat, balansın yekun məbləği 450 mln manat kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid ediləcək.

Hesabat ili ərzində işçilərin orta hesabla sayına dair göstərici isə dəyişməyib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Maliyyə Nazirliyinin “Mühasibat uçotu haqqında” Qanuna və Maliyyə Nazirliyi haqqında əsasnaməyə uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanıb. Qərarda “Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə inflyasiya göstəriciləri nəzərə alınmaqla dəyişiklik edilərək “illik gəlir” meyarı 180 milyon manatdan 200 milyon manata, “balansın yekun məbləği” meyarı isə 450 milyon manatdan 500 milyon manata qaldırılıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər