17 C
Baku
Monday, May 6, 2024

Kommersiya təyinatlı daşınmaz əmlakın idarəçiliyinə yeni baxış

®Azərbaycanda əsasən kommersiya təyinatlı daşınmaz əmlak sahəsində idarəedilməsi və konsaltinqin həyata keçirilməsi üzrə yeni “ALTERUM” şirkəti fəaliyyətə başlayıb.

“ALTERUM”-un komandası qonaqlama, memarlıq və dizayn, idarəetmə və konsaltinq, eləcə də əlaqəli xidmət sahələrində ixtisaslaşmış təcrübəli peşəkarlardan ibarətdir.

Bununla bağlı “ALTERUM”-un rəhbəri Azər Mirtaqavi belə deyir:

“Komandamızın üzvlərinin çoxillik peşəkar təcrübəsi göstərdi ki, kommersiya təyinatlı sahələri üzrə daşınmaz əmlak bazarının peşəkar idarəetmə və konsaltinq xidmətlərinə ciddi ehtiyacı vardır. Bu qənaətə gəlməyimizin düzgünlüyünün əsas nümunəsi isə, təkcə yerli deyil, eyni zamanda tanınmış beynəlxalq tərəfdaşların və investorların da bizim iş fəaliyyətimizə dərhal göstərdikləri marağıdır.

Doğru şəkildə təşkil olunmuş “ALTERUM” komandası həm daşınmaz əmlak sahəsində investisiyanın planlaşdırılması məsələlərinin həlli istiqamətində köməklik göstərir, həm də effektiv və müasir rəqəmsal həllərdən istifadə etməklə mehmanxanaları, apart-otelləri, biznes mərkəzlərini, digər ticarət obyektlərini peşəkar qaydada idarə edir.

“ALTERUM”-da biz inanırıq ki, yüksək səviyyəli xidmətin göstərilməsini təmin edən, məhz, insan-yönümlü yanaşmadır. Buna görə də biz qonaqlarımızın və rezidentlərimizin rifahının qayğısına qalmaqla yanaşı, investorların biznesinin çiçəklənməsinə və inkişafına eyni dərəcədə diqqət yetiririk. Biz tərəfdaşlar və təchizatçılarla əlaqələrimizi qiymətləndiririk.

“ALTERUM”-un əsas uğur reseptinini isə biz, əməkdaşlarımızın peşəkarlığına və rifahına olan xüsusi yanaşmada, o cümlədən onlara böyük imkanlar, bərabər əmək haqqı, davamlı təlim və ədalətli mükafatların təqdim edilməsində görürük”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər