Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi daha yaxşıdır, yoxsa onların yenidən təsis edilməsi? Belə bir sualla mənə müraciət edilib, Sualın cavabını aşağıdakı formada vermək olar.
Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunur:
– kommersiya və publik hüquqi şəxsin adı;
– təsis sənədlərində- hüquqi şəxsin nizamnaməsində və onun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlarındakı məlumatlar;
– rəhbərinin adı, soyadı, atasının adı;
– hüquqi ünvanı;
– təşkilati-hüquqi forması;
– maliyyə ili;
– hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət olduqda təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
– hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
– kommandit ortaqlığında – hər bir kommanditçinin mayasının miqdarı;
– məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
– publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri.
Dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina oluna bilər:
-təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, ”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olduqda;
-ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda.
Daha ətraflı: http://www.taxes.gov.az/modul.php?name=qanun&news=1293
Qeydiyyata alınması isə, yenidən təsis edilməsi deməkdir. Bu anlayışlar bir-birindən fərqlidir. Daha başa düşülən olsun deyə, buna aid izahlı misala baxaq. Avtomobil, ev almaq rahatda, yoxsa onu təmir etmək? Burada avtomobilin və evin təmiri cüzvi xərc tələb etsə o halda onu təmir etmək daha rahatdı, nəinki onun yenisini almaq. Amma əsaslı təmir etsək, buna görə, xərc yenisinin alınmasından daha çox olarsa, bu halda yenisini almaq daha yaxşıdır. Amma kommesiya və publik hüququ şəxsin yenidən təsis edilməsinə burada ehtiyac yoxdur. Yuxarıda qeyd olunan məlumatların dəyişidirilməsi ilə bağlı, hər hansı maneə yoxdur. Yəqin ki, 0-dan başlamaqdansa, daha yaxşısı müəyyən mərtəbəyə çatıb, orada rekonstruksiya işləri görmək daha rahat olardı. Bu səbəbdən məlumatın dəyişilməsi üçün müraciət etmək, daha uyğun addımdır
Hüququ şəxsin qeydiyyatı ilə bağlı daha ətraflı: http://www.taxes.gov.az/modul.php?lang=&name=birpencere&bolme=check
İqtisadçı-ekspert Rauf Qarayev.