6 C
Baku
Sunday, December 15, 2024

Kompaniyanın güclü və zəif tərəflərinin “İşikava” diaqramı vasitəsi ilə təhlili

Kompaniyanın işində artıq özünü büruzə verən simptomları göstərmək və təyin etmək elə də çətin deyil. Onların yaranma mənbəyini və konkret səbəbləri taparaq, üzə çıxartmaq daha çətindir. Bu işdə sizə nəzərə çarpacaq dərəcə də kömək edəcək bir vasitə «İşikava» analiz diaqramıdır. 

Onu əsasən qrup halında iş zamanı xüsusən də “Brain storm” (beyin fırtınası) zamanı istifadə edirlər. Seçilmiş və sıralanmış informasiyanın strategiyanın hazırlanması prosesində öyrənilməsi həmin kompaniyanın zəif və güclü tərəfləri, yeni bazarın ona verə biləcəyi imkanlar, həmçinin müəssisənin həmin bazarda gələcək fəaliyyəti ilə bağlı yaşana biləcək və onu gözləyən mümkün təhlükə və təhdidlər haqqında daha dərindən, əsaslı və hər tərəfli təsəvvür əldə etməyə istiqamətlənmişdir.

Analiz prosesində mütləqdir ki, bütün çətinliklər spekterini və həll olunmamış problemləri tam ciddiliyi ilə ortaya çıxara biləsən və həmçinin onları  yaradan səbəblərin adını söyləyəsən. Kompaniyanın fəaliyyətində artıq özünün göstərən simptomları sadalamaq və onları qeyd etmək elə də çətin deyil, daha çətin olan bu əlamətləri yaradan səbəbi, problemin əsas kökünü müəyyən etmək və onu üzəri çıxarmaqdır.

Bu zaman sizə «İşikava diaqramı» adlı analiz vasitəsi yaxşı kömək edə bilər. Onu əksər hallarda qrup halında iş zamanı, xüsusən də “Brain storm” (beyin fırtınası)  istifadə edirlər. Xarici görünüşdən balıq skeletini xatırladan bu diaqram ilə aşağıdakı formada işləyirlər: Sağ tərəfdə həll edilməli olan məsələni yazırlar, budaqların uc tərəfində (sümüklərin)  isə həmin kompaniyanın qarşılaşdığı konkret əməliyyatlar yazılır. Sol tərəfdə isə əsas səbəb qrupları yazılır, daha sonra isə araşdırılan problemi törədən səbəbin özü yazılır. (şəkil 1).

ishikava

Şəkil 1. «İşikava» diaqramı

Bu diaqram ilə işləməkdən öncə özün üçün tamamı ilə aydınlaşdırmalısan ki, kompaniyanın öz fəaliyyəti boyunca qarşılaşdığı bütün mövcud və mümkün problemlər içindən məhz hansı problemi  araşdırmaq lazımdır. Problemi müəyyən etdikdən sonra (onu diaqramın sol tərəfində yazırlar), əsas səbəb qruplarını üzə çıxarırlar ki, bu özü də analizə məruz qalmalıdır. Məsələn, kompaniyanın strateji proseslərdə üzləşdiyi çətinliklərin səbəblərini öyrənərkən aşağıdakı qruplaşmadan istifadə etmək olar:

•    personal;
•    biznes –prosesləri
•    xammal;
•    alınmalar;
•    istehsal.

Bizim hansı əməliyyatı araşdırmağımızdan asılı olaraq, problemləri başqa cür də qruplaşdırmaq olar.  Bundan sonra hər bir müəyyənləşdirilmiş qrup üçün qeyd edilmiş problemləri müzakirə etmək və onları müvafiq formada diaqrama yerləşdirmək lazımdır. Bu tədricən, addım-adım yerinə yetirilir. Sonda bir daha kompaniya üçün əhəmiyyət kəsb edən bütün problemləri yenidən nəzərdən keçirmək və sonra onların içərisindən əsaslarını ayıra bilmək lazımdır, belə ki, məhz bu problemlərin  həlli hazırlanan strategiyanın əsasında dayana bilər.

Bu və ya digər fəsada (nəticəyə) gətirib çıxaran əsas səbəblər adlandırdıqdan  sonra, onlar mütləq analiz etmək lazımdır ki, doğrudanmı bir mənalı şəkildə məhz  bu problemin bizim güman etdiyimiz kimi kompaniyanın fəaliyyətinə belə nəzərə çarpacaq dərəcədə mənfi təsir etdiyinə dəqiq əmin olasan. Bu zaman bizim köməyimizə başqa analiz texnikası çatır -«beş-niyə»  analizi (why-analiz).

Bu texnikanı yuxarıda adını qeyd etdiyimiz «İşikava skelet» diaqramı ilə bir arada istifadə etmək olar.

«Beş-niyə»  analizinin iş prinsipi son dərəcə asandır. Hər dəfə analizin bu və ya digər mərhələsində «niyə?» sualını vermək lazımdır. Məsələn, niyə bu səbəb konkret bu problemin yaranmasına gətirib çıxarır ? Hər bir faktoru incələyərək bu sualı bir neçə dəfə vermək olar (məsələn beş dəfə), a vaxta qədər ki, bu səbəblərin daxili əlaqəsi ortaya çıxarılsın.

Səbəb  analizinin keçirildiyi formaya analoji olaraq, planlaşdırılmış vəziyyətə necə çatmaq ilə bağlı qoyulmuş suallara verilən cavabları da təhlil etmək olar, bu zaman «necə?» sualı bir neçə dəfə verilir,  o, vaxta qədər ki, ağlabatan, məqsədəmüvafiq və məntiqi cavab əldə edilir. Ola bilsin ki, məhz bu müəyyən istiqamət götürmək və hərəkət etmək üçün konkret tövsiyə olsun.

Son xəbərlər
Digər xəbərlər