4 C
Baku
Friday, March 29, 2024

Kompensasiyaların ödənişindən sonra dirçələn bankların REYTİNQİ

AZƏRBAYCANDA BANKLAR ARTIQ 1 avqust tarixinə hər biri öz maliyyə göstəricilərini açıqlayıb. Lakin, bu ilin 2-ci rübü ərzində açıqlanan maliyyə rəqəmlərinə baxdıqda (əsasən mənfəət-zərər hesabatında) ötən ilin analoji dövrü ilə müqayisədə bir qədər fərqli “mənzərə” üzə çıxır.

Belə ki, banklar təkcə 2019-cu ilin 2-ci rübü ərzində 309,5 mln. manat xalis mənfəət əldə edib ki, bunun da 235,6 mln. manatı əməliyyat mənfəəti, 94,9 mln. manatı* isə problemli kreditlərin geridönüşü hesabına baş verməsi səbəb olub. Bu da cari ildə bank sektorunun 3,4 dəfə daha çox xalis mənfəət əldə etməsi deməkdir.

Bildirməliyik ki, ötən ilin eyni dövründə (aprel-iyun) də Azərbaycanın bank sektoru 92. mln. manata yaxın mənfəət əldə etmişdi və nəticədə isə 2018-ci ilin ilk rübdəki 60 mln manatlıq zərər azalaraq, 2-ci rübdə 32 mln. manatlıq xalis mənfəətlə əvəzlənmişdi. 

Hesabatları analiz etdikdə görünür ki, xalis mənfəətdəki bu “sıçrayışın” əsas səbəbi Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı 28 fevral 2019-cu il fərmanının icrası dövrünü (yəni, 2-ci rübü) əhatə edir.

Banker.az olaraq Azərbaycanda bu məlum fərmandan sonra kommersiya banklarının mənfəət və zərər hesabatındakı bir sıra kəskin dinamikaları müqayisə etdik. 

Ölkədə fəaliyyət göstərən hətta bir neçə bank var ki, əməliyyat zərəri içində “üzdüyü” halda, 2-ci rübdə problemli kreditlərinin geridönüşü hesabına böyük xalis mənfəətlər əldə edə bilib.

Cari ilin 2-ci rübü ərzində ən böyük xalis mənfəət əldə edən və eləcə də problemli kreditlərin geri dönüşünə görə ön böyük artım “Unibank” və “Bank of Baku”dadır.

Bildiyimiz kimi “Unibank” və “Bank of Baku” istehlak kreditləri üzrə bazarda əsas pay sahiblərindəndir. Görünür bu  iki siyahıda TOP3-lükdə qərarlaşan bu banklar məlum kompensasiyalardan daha çox yararlanan əsas banklar sırasındadırlar.

CƏDVƏL 1: Bu göstərici 2019-cu ilin 2-ci rübünü əhatə edir. Əksər banklar bu hesabatı ayrılıqda tərtib etmirlər.

pk

 

CƏDVƏL 2: 2019-cu ilin 2-ci rübü ərzində və ya aprel-iyun ayları ərzində əldə etdikləri xalis mənfəətin həcmi:

uy

Son xəbərlər
Digər xəbərlər