Ümumi məlumat
Kapital Bank namizədləri Komplayens Departamentinin Çirkli Pulların yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların emal edilməsi;
- Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;
- Daxil olan aidiyyatı sorğuların araşdırılması və müvafiq qaydada cavablandırılması.
Tələblər
- Ali iqtisadi təhsil;
- Məlumatların mübadiləsi formalarından (xml, xsd) istifadə edə bilmək qabiliyyəti;
- ÇPY/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
- Sahə üzrə 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Fərdi və komanda tərkibində işləmək bacarığı;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi.