Ümumi məlumat
Kapital Bank namizədləri Komplayens Departamentinin Çirkli Pulların yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə şöbəsində SQL Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Gündəlik şəkildə AML sistemlərinin administrasiyası: proqramda aparılan proseslərə nəzarət, yaranan problemlərin aşkarlanması, araşdırılması və aradan qaldırılması;
- SQL sorğularının yazılması və optimallaşdırılması;
- Ümumi bazadan Komplayens departamentinə aid xüsusi hesabatların tərtib edilməsi.
Tələblər
- Kompüter elmləri və ya İT sahəsində müvafiq təhsil;
- Analitik düşünmə qabiliyyəti;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Fərdi və komanda tərkibində işləmək bacarığı;
- BI hesabatlılıq haqqında yüksək biliklər (SQL);
- DWH strukturları, proqramlaşdırma haqqıda baza bilikləri;
- Sistem administratorluğu haqqında ilkin biliklər;
- Sahə üzrə 2 illik iş təcrübəsi.
Baş ofis – bitmə tarixi – 30.06.2018
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.