7 C
Baku
Wednesday, December 25, 2024

Kompüter-adam

Böyük Britaniyadan olan autizm xəstəsi Daniel Tammet çətin danışır, sağ ilə solu ayıra bilmir, çəngəldən düzgün şəkildə istifadə edə bilmir, lakin o bununla belə çətin riyazi hesablamaları ağlında rahatlıqla hesablaya bilir.

Daniel deyir: “Mən rəqəmləri vizual obrazlar formasında təsəvvür edirəm. Onların rəngi, strukturu, forması var. Rəqəmlərin ardıcıllığı şüurumda mənzərə, şəkil kimi görünür. Beynimdə sanki yeni bir dünya yaranır”.

Daniel pi-dən sonra gələn 22514 rəqəmi əzbər bilir və 11 dildə danışa bilir. Bu dillərə ingilis, fransız, finland, alman, eston, ispan, rumin, island (bu dili 7 günə öyrənib), litva, uels və esperanto dilləri daxildir.

Son xəbərlər
Digər xəbərlər