Dünya üzrə kömür əsasında elektrik enerjisi istehsalı 2020-ci ildə tarixin ən kəskin 5 faizlik geriləməsindən sonra 2021-ci ildə 3 faiz artacaq.
Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatına görə, qaz elektrik stansiyalarındakı enerji istehsalı bu il 2 faiz azalacaq, gələn il isə 1 faiz artacaq. Nəticədə enerji sektorunda karbon qazı tullantılarının həcmi bu ildə 5 faiz azaldıqdan sonra gələn il 2 faizədək artacaq.
Bununla yanaşı 2020-ci ildə bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının 7 faiz artacağı gözlənilir. Buna baxmayaraq, hələ 2021-ci ildə də inkişaf edən ölkələrdə elektrik enerjisinə tələbatın artım sürəti qaz və kömür elektrik stansiyalarının sıradan çıxmasını əngəlləyəcək.