30 C
Baku
Monday, July 1, 2024

Konfutsi fəlsəfəsinə əsaslanan 9 həyat dərsi

1. Sadəcə olaraq getməyə davam edin

«Sizin nə qədər yavaş getməyinizdən asılı olmayaraq, dayanana qədər getməyə davam edin»

Əgər siz düzgün yol ilə getsəniz, sonunda mütləq istəyinizə nail olacaqsınız. Çətin iş ardıcılıqla yerinə yetirilməlidir. Uğura nail olan insan oz ideyalarına sadiq olan insandır. O, heç nəyə baxmayaraq öz məqsədinə doğru irəliləyir.

2. Sizin dostlarınız önəmlidir

«Heç vaxt sizin özünüzdən daha yaxşı olmayan insanla dostluq etməyin»

Sizin dostlarınız özlərində sizin gələcəyinizi təcəssüm etdirirlər. Siz onların artıq orada olduqları yerə gedirsiniz. Buna görə özünüzü yaxşı insanlarla əhatə edin.

3. Yaxşılığa görə cavab vermək lazımdır.

«Nifrət etmək asan, sevmək isə çətindir. Həyatımızda bir çox şey buna əsaslanır. Yaxşı olan hər şeyə nail olmaq çətindir və pis nə isə əldə etmək olduqca asandır!

Bu çox şeyi izah edir. Nifrət etmək, ətrafa mənfi emosiyalar saçmaq, müdafiə olunmaq asandır. Sevmək, bağışlamaq, mərhəmət göstərmək üçün böyük ürək, ağıl və çalışmaq lazımdır.

4. Öncədən öz alətlərinizi hazırlayın

«Həyatdan gözləntilərimiz bizim əməksevərliyimizdən və çalışmağımızdan asılıdır. Öz işini mükəmməlləşdirmək istəyən mexanik öncədən öz alətlərini hazırlamalıdır».

Konfutsi deyirdi: «Uğur öncədən görülmüş hazırlıqdan asılıdır. Belə bir hazırlıq olmasa, mütləq bir uğursuzluq baş verəcək».

5. Sizin səhv etməyinizdə qorxulu heç nə yoxdur.

Əgər siz bu səhvi unutsanız, sizin səhv etməyinizdə qorxulu heç nə yoxdur. Əhəmiyyətsiz hadisələrə görə narahat olmayın. Səhv etmək böyük bir cinayət deyil. Sizin səhvlərinizə sizin bütün gününüzü məhv etməyə imkan verməyin. Beyninizi mənfi emosiyalarla doldurmayın.

6. Nəticələrə diqqət yetirin

«Qəzəbli olduğunuzda nəticələr haqqında düşünün»

Solomon belə deyirdi: «Səbirli insan cəsur insandan və özünü idarə etməyi bacaran insan işğalçıdan daha yaxşıdır». Hər zaman özünüzü idarə etməyi bacarın və nəticələr haqqında düşünün.

7. Düzəlişlər edin

«Əgər məqsədə çata bilməyəcəyiniz açıq-aşkar bəllidirsə, məqsədlərə deyil, fəaliyyətə düzəliş edin».

Əgər siz bu il öz məqsədinizə çata bilməyəcəyinizi başa düşmüsünüzsə, dərhal öz planlarınızı nail ola biləcəyiniz müddətlə uyğunlaşdırın.

8. Siz hər kəsdən öyrənə bilərsiniz

«Əgər mən iki nəfərlə yol gedirəmsə, onların hər biri mənim müəllimim qismində çıxış edəcək. Mən onların yaxşı xüsusiyyətlərini təqlid edəcəyəm və onların mənfi cəhətlərini özümdə düzəldəcəm».

Siz hər kəsdən dərs götürməyi bacarmalısınız. Bu insanlar dələdüz və ya müqəddəs olmalarından asılı olmayaraq. Hər bir həyat dərslərlə zəngin olan bir tarixdir.

9. Ya hər şey, ya heç nə

«Sizin nə ilə məşğul olmağınızdan asılı olmayaraq, bunu bütün ürəyinizlə edin»

Nə edirsinizsə bunu bütün ürəyinizlə edin.

Son xəbərlər
Digər xəbərlər