13 C
Baku
Saturday, November 23, 2024

Konfutsidən 30 sitat

Konfutsidən sitatlar:

  1. Həyatı başqalarının səndən istədiyi kimi deyil, özün istədiyin kimi yaşa. Onların ümidlərini doğruldub-doğrultmayacağın önəmli deyil. Hər kəs tək ölür və qələbəni də təkbaşına saxlayır.
  2. Başqalarının qəlbindəki şərlə deyil, öz qəlbindəki ilə mübarizə apar.
  3. Nişançı (oxçu) hədəfi düzgün nişan almayanda özünü günahlandırır.
  4. Yalnız axmaqlar ömrü boyu fikirlərini dəyişmirlər.
  5. Nədənsə şikayətlənmək o nəsnəni böyüdər, ona gülmək isə kiçildər.
  6. O yerdə ki qayda var, hərəkət və nitqində cəsarətli ol. Qayda, doğruluq olmayan yerdə isə hərəkətlərində cəsarətli olsan da, nitqində ehtiyatlı ol.
  7. Səhv edərək onu düzəltməyən adam yeni bir səhv edər.
  8. Başa düşülməyin xoşbəxtlikdir, daha böyük xoşbəxtlik sevilməyin, əsl xoşbəxtlik isə sənin sevməyindir.
  9. Bir uşağın (davamçının) sənin öyrətdiyin yolla inamla addımlamağı görəcəyin ən gözəl mənzərədir.
  10. Ən şən insanlar ən kədərli olanlardır.
  11. Dostluqda həddən artıq səmimi olsan dostların (arasında) rəğbətini (hörmətini) itirərsən.
  12. Hər şeydə bir gözəllik var, amma hər kəs onu görə bilmir.
  13. Beş nəsnədə fəzilət var: ciddiyyət, səxavət, dürüstlük, şücayət və mərhəmət.
  14. Əslində həyat çox asandır. Onu qəlizləşdirən bizik.
  15. Təlaşla gələcəyi düşünərək, insanlar bügünü unudurlar. Elə yaşayırlar elə bil heç bir zaman ölməyəcklər, öləndə də baxırlar ki, heç yaşamayıbalar.
  16. Dəyişiklik qaçılmaz olduğu zaman baş verir. Ondan qorxmaq lazım deyil.
  17. Əgər sən nifrət edirsənsə, demək sənə qalib gəliblər.
  18. İntiqam almazdan əvvəl iki qəbir qaz.
  19. Məsləhəti damla-damla alıb, sini-sini veririk
  20. Sevdiyiniz işlə məşğul olduğunuz zaman bircə gün də çalışmağınız lazım olmayacaq.
  21. İnsanlar məni anlamayanda məyus olmuram, mən insanları anlamayanda məyus oluram.
  22. Əgər səni arxandan vururlarsa, demək sən irəlidəsən.
  23. Rəqibiniz (düşməniniz) yoxdursa, demək xarakteriniz də yoxdur.
  24. Öz cahilliyini dərk edib ondan qurtulmaq istəyənə yol göstər.
  25. Xırda nüanslara səbr etməmək böyük işlərə əngəl olar.
  26. Qədim dövrdə (müdrik) insanlar çox danışmağı sevməzdilər. Onlar sözləri ilə əməllərinin üst-üstə düşməməyin özlərinə pərtlik hesab edərdilər.
  27. Pis vərdişlərə yalnız bugün qalib gəlmək olar, sabah yox (gec olar).
  28. Müdrik insan hər zaman rahatdır. Cahil isə təlatümlüdür
  29. Müdrik insan heç vaxt büdrəməyən deyil, büdrədiyi zaman təkrar ayağa qalxandır.
  30. Üç şey heç vaxt geri qayıtmır: vaxt, fürsət və söz. Odur ki, vaxtını itirmə, sözlərinə diqqət et və fürsətini qaçırma.

Müəllif: Aliyə Nuru

Son xəbərlər
Digər xəbərlər