8 C
Baku
Thursday, March 28, 2024

Konor Makqreqor ilk dəfə dünyanın ən varlı idmançısı oldu

Qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqor ilk dəfə “Forbes” jurnalında dünyanın ən varlı idmançısı siyahısında birinci yeri tutub. Nəşrə görə, UFC çempionu son bir ildə 180 milyon dollar qazanıb. Bildirildiyi kimi, Makqreqor qazancının böyük hissəsini “Proper No. Twelve” viski brendinin səhmlərinin satışından əldə edib.

Təxminən 8 milyon dollar Makqreqor reklam müqavilələrindən qazanıb, xüsislə “Roots of Fight” idman geyim markası və “Dystopia: Contest of Heroes” video-oyunundan.

İndiyə qədər Makqreqor yalnız bir dəfə “Forbes” reytinqinə düşüb. 2018-ci ildə idmançı Floyd Meyvezer ilə məğlub olduğu döyüşə görə 99 milyon dollar alıb.

2020-ci ildə idmançılar sırasında ilk üçlüyə həmçinin iki futbolçu daxil olub – Lionel Messi (“Barcelona”, 97 milyon dollar) və Kriştianu Ronaldu (“Juventus”, 70 milyon dollar).

Keçən ilin mart ayında Konor Makqreqor İrlandiyanın tibb işçiləri üçün qoruyucu maskalara 1 milyon avro xərcləyəcəyini söyləyib. Bununla da idmançı koronavirus xəstələri ilə birbaşa təmasda olan tibb işçilərinə dəstək olmağa çalışıb.

Son xəbərlər
Digər xəbərlər