16 C
Baku
Sunday, October 6, 2024

Konqo –  Belçikanın kauçuk cəhənnəmi

Konqo Afrikanın mərkəzində yerləşir. Məhz buna görə avropalı müstəmləkəçilər buraya yalnızca 19-cu əsrin sonunda gəlib çata bilirlər. Müstəmləkəçilər  buna nail olduqda isə Konqo əhalisi üçün əsl cəhənnəm əzabı başlayır.

Konqo Belçika müstəmləkəsinə, daha doğrusu Belçika kralı II Leonardın şəxsi mülkiyyətinə. Bu kral Konqonu daha rahat şəkildə talan etmək üçün burada avropalı zabitlərin rəhbərliyi altında xüsusi dəstələr yerləşdirir. Bu dəstələr isə öz növbəsində ən kiçicik “günahlara” görə belə bütün bir kəndi məhv edirdilər. Bu şəxsi hərbi struktur “İctimai qüvvələr” (Force publique) adlanırdı.

Yerli əhalinin əksəriyyəti plantasiyalarda işlədilirdi. Belçika hökuməti əmək məhsuldarlığının artırılması üçün effektiv üsul yaratmışdılar. Məhz bu üsul sayəsində Konqoda kauçuk istehsalı 10 il ərzində 40 dəfə artmışdı.

Üsul isə çox sadə idi. Kauçuk yığımı üzrə normanı tamamlamayan hər bir kəsin əli kəsilirdi. Ümumiyyətlə isə qaydalara riayət etməyəni isə güllələnmək cəzası gözləyirdi. Belçika rəhbərliyi zabitlərə təqdim etdiyi hər bir güllənin sayını dəqiqliklə bilirdi. Bu səbəbdən də zabitlər kəsdikləri hər bir əli, atəş açdıqları hər bir güllənin gilizlərini hökumətə sübut olaraq təqdim edir və bununla da gülləni yerli ovçulara satmadıqlarını sübut etmiş olurdular. Bununla yanaşı, zabitlər hər qətlə və cəzalandırmaya görə mükafat alırdılar.

Ölkədə vəziyyət o həddə çatmışdı ki, zabitlər heç bir qayda pozuntusu olmadan da yerli əhalinin əllərini kəsməyə başladılar. Son nəticədə bu kəsilmiş əllər Konqoda valyuta qismində istifadə edilməyə başalyır. Bununla yanaşı, bir kənddə kauçuk yığımı həddən artıq çox olduqda digər kənd oraya hücum edərək kauçuku ələ keçirir və krala təhvil verirdilər. Konqoda kauçuk yığımının pik nöqtəsi 1901-1903-cü illərə təsadüf edir. Məhz bu zaman kəsilmiş əlləri zənbil ilə ölçməyə başlayırlar. Kauçuk yığımı üzrə normanı tamamlamadın? – Demək, 2 zənbil kəsilmiş əl təqdim etməlisən.

Ölkədə yeni doğulan uşaqların sayı azalır, aclıq və xəstəliklər başlayır. Konqoda Belçika hökmranlığının ilk 40 ili ərzində ölkə əhalisinin sayı 15% azalmışdı. II Leopold yalnızca 1908-ci ildə ölümündən əvvəl Konqonu satır. O milyonlarla öldürülmüş və şikəst edilmiş insanlar üçün zərrə qədər heyfslənmirdi.

Son xəbərlər
Digər xəbərlər