Konqresmen Marcori Teylor Qrin ABŞ Prezidenti Co Baydenə impiçment elan etməyə çağıraraq, belə bir dövlət başçısının utanc hissi doğurduğunu söyləyib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Söhbət Ağ Ev rəhbərinin Şimali Karolinanın Kənd Təsərrüfatı Akademiyasında çıxışı zamanı ABŞ-ın bütün problemlərinə görə Rusiya Prezidenti Vladimir Putini günahlandırmaq qərarına gəldiyi hadisədən gedir.
Amerika prezidenti çıxışının sonunda hansısa xəyali həmsöhbətlə əl sıxmaq qərarına gəlib, lakin onun yanında heç kim olmayıb. Nəticədə Bayden uzun müddət çaşqınlıqla hasara baxıb.
“Prezidentimiz sözün əsl mənasında heç kimlə əl sıxmağa çalışdı. Bu, inanılmaz dərəcədə utancvericidir! O, ölkəmizə rəhbərlik edir. Artıq kifayətdir”, – deyə siyasətçi öz “Twitter” səhifəsində yazıb.