27 C
Baku
Bazar, May 29, 2022

Konqresmenlər Baydeni koqnitiv testdən keçməyə çağırdılar

Ağ Evin keçmiş həkimi konqresmen Ronni Cekson ABŞ prezidenti Co Baydeni gözləmədən idrak zəifliyi testindən keçməyə çağırıb və son dövrdə Amerika liderinin unutqanlığının daha çox nəzərə çarpdığını söyləyib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Amerika xalqı … onun (prezidentin) dövlət başçısı və baş komandan kimi xidmət göstərməyə qadir olduğunu bilməlidirlər … Buna nail olmaq üçün biz sizi gözləmədən idrak zəifliyi testindən keçməyə çağırırıq”, – Ceksonun Baydenə yazdığı məktubda deyilir.

Qeyd edək ki, məktub artıq 13 respublikaçı konqresmen tərəfindən imzalanıb. Onlar Baydenə oxşar test vermiş Donald Trampdan nümunə götürməyi tövsiyə ediblər.

“Təəssüf ki, zəif zehni bacarıqlarınız və unutqanlığınız son 18 ayda daha çox nəzərə çarpır”, – deyə konqresmen məktubda Baydenin çıxışları zamanı etdiyi səhvlərə bir sıra nümunələr gətirib.

Xatırladaq ki, daha əvvəl yerli KİV Ağ Evin sözçüsünə istinad edərək, ABŞ prezidenti Co Baydenin bu il ərzində tibbi müayinədən keçəcəyini bildirib

Son xəbərlər
Oxşar xəbərlər