7 C
Baku
Saturday, December 28, 2024

Konsaltinq nədir və əhəmiyyəti nədir?

“İnsanlar varlanan kimi məsləhətə ehtiyac duyurlar və bu məsləhətin qarşılığında pul ödəməyə hazırdırlar” – Nassim Taleb

Konsaltinq (consulting)  – biznesin istənilən sahəsinin konsultasiya edilməsidir. Konsaltinqin əsas məqsədi biznesə qarşıda qoyduğu məqsədlərə çatmaq üçün kömək əlini uzatmaqdır. Bazarda nəhəng konsaltinq şirkətləri ilə yanaşı, fərdi biznes-konsultantlara da rast gələ bilərsiniz. Onların əsas vəzifəsi – təhlil etmək, problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməkdir. Bununla belə, konsaltinq – pul qarşılığında problemin həll edilməsidir.

Hər hansı bir şirkət problem ilə üzləşdikdə ilk olaraq onun həllini əməkdaşlarının səlahiyyətinə verir. Bu isə bir nəticə vermədikdə tək çarə işə artıq bu problemlərlə bağlı təcrübəsi olan kənar ekspertlərin, konsultantların  cəlb edilməsidir.

Kənardan cəlb edilmiş ekspertlər hər bir şirkət üçün problemə uyğun olaraq individual həll yolu və innovasiya tapşırığı yaradır, həmçinin şirkət əməkdaşlarına lazımi məlumatları ötürürlər. Bundan əlavə, lazımi təcrübə və biliyə sahib olan konsultantlar şirkət əməkdaşları ilə müqayisədə daha tez bir zamanda həll yolu tapmaq imkanına malikdirlər. Bundan əlavə, cari personalın məlumatlandırılması (ehtiyac olduğu halda) minimal zaman tələb edir və əməkdaşların öz öhdəliklərini daha səmərəli şəkildə yerinə yetirmələrinə kömək edir.

Ekspertlərin fikrincə, hazırda konsaltinq xidmətlərinin əsas növləri aşağıdakılarır:

  1. Ümumi idarəetmə və administrasiya
    2. Maliyyə konsaltinqi
    3. Hüquqi konsaltinq
    4. Vergi konsaltinqi
    5. Marketinq konsaltinqi
    6. IT- konsaltinq
    7. Kadrların idarə edilməsi
    8. İstehsalat konsaltinqi
    9. Qiymətləndirmə fəaliyyəti.
Son xəbərlər
Digər xəbərlər