18 C
Baku
Tuesday, November 11, 2025

“Konsept Holding” 1 890 ailə üçün yaşayış binası tikəcək – 3 milyon manat pul ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə müqavilə bağladı.

Banker.az xəbər verir ki, müqavilədə Abşeron rayonu ərazisində 1 890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binasının tikintisi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 2 milyon 880 min 960 min manatdır.

Qeyd edək ki, “Konsept Holding” 2000-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 000 manatdır, qanuni təmsilçisi Tahir Hüseynovdur.

Xatırladaq ki, 2019-cu ilin dekabrında isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri üçün 600 min 764 manatlıq müqavilə imzalamışdır.

Son xəbərlər
Digər xəbərlər