8 C
Baku
Monday, November 18, 2024

Konservativ Avstraliya Mərkəzi Bankı uçot faiz dərəcəsini qaldırır

Mərkəzi bank funksiyasını həyata keçirən Avstraliya Ehtiyat Bankının (RBA) İdarə Heyətinin üzvləri İyulun 5-də keçirilən pul siyasəti iclasında gözlənildiyi kimi uçot faiz dərəcəsini 50 baza bəndi (yaxud 0.50 faiz bəndi) artımlaqla 0.85%-dən 1.35%-ə qaldırmaq qərarına gəliblər.

Bu barədə Banker.az RBA-nın rəsmi açıqlamasına istinad edir.

Faiz artımı qlobal miqyasda gedən inflyasiyanı ölkə daxilində neytrallaşdırması üçün atdığı qeyd edilir, lakin inflyasiyanın yüksək olmasına rəğmən digərlərindən o qədər də çox olmadğı da nəzərə çatdırılır.

İndi növbəti günlərdə Kanada, ABŞ, Avropa, Yaponiya, Rusiya, Brazilya, İngiltərə, Hindistan və İsveçrə mərkəzi bankları faiz qərarlarını verəcəklər.  Burada Rusiya və Yaponiyadan başqa bütün requlyatorlar faizləri qaldırması şansları var.

Qeyd edək ki, “Reuters”in 33 iqtisadçı arasında bununla bağlı  sorğu keçirmişdi və Mərkəzi Bankın iyul ayında faiz dərəcəsini daha 50 faiz bəndi artıraraq 1.35%-ə çatdıracağını göstərdi. Onlardan yalnız bir iqtisadçı 25 baza bəndi artım proqnozlaşdırdı.

AUD/USD cütlüyü gözlənilən 50 baza bəndi artımına bir qədər gec reaksiya verib. Avstraliya dolları/ABŞ dolları cütlüyü 0.05% azalaraq 0.6865-ə yaxın olduğunu gördü. Qeyd edək ki, ötən həftə AUD/USD cütlüyü 0.6763 səviyyəsinə qədər eniş etmişdi, hansı ki bu rəqəm 2020-ci ilin iyunundan bu tərəfə minimal göstəricidir.

RBA Faiz Dərəcəsi Qərarını Avstraliya Ehtiyat Bankı elan edir. RBA iqtisadiyyatın inflyasiya perspektivi ilə bağlı sərtləşirsə və faiz dərəcələrini yüksəldirsə, bu, AUD üçün müsbət və ya yüksəlişdir. Eyni şəkildə, RBA-nın Avstraliya iqtisadiyyatına yumşaq baxışı varsa və davam edən faiz dərəcəsini saxlayırsa və ya faiz dərəcəsini azaldırsa, bu mənfi və ya ayı effekti kimi görünür.

Son xəbərlər
Digər xəbərlər