27 C
Baku
Saturday, July 27, 2024

Konstitusiya Məhkəməsi müşavirəyə getdi – Prezidentin sorğusuna cavab veriləcək

Bu dəqiqələrdə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxılır.

İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.  

Artıq Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr keçirilib.

Dinləmələr başa çatandan sonra məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.

Müşavirədən sonra Prezidentin sorğusu ilə bağlı məhkəmənin qərarı elan olunacaq.




 

Son xəbərlər
Digər xəbərlər