19 C
Baku
Cümə axşamı, May 26, 2022

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən  bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 10-na təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər
Oxşar xəbərlər