11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlanıb

“Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb”.

Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən illər ərzində məhkəmə, ümumilikdə, 476 qərar və 130 qərardad qəbul edib və bu qərarların böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub: “Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında əks etdirdiyi hüquqi mövqeləri ilə milli hüquq sisteminin formalaşmasına və inkişafına töhfə verməkdədir”.

“Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə ictimaiyyətin etimadını qazanıb”, – o vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X